Vaşinqtondan sərt qərar: Rusiyanın enerji tərəfdaşları risk altında
ABŞ-da hazırlanan yeni qanun layihəsi Rusiya nefti və qazını alan ölkələrə qarşı sərt tədbirlər nəzərdə tutur.
Crossmedia.az xəbər verir ki, Reuters-in məlumatına görə, ABŞ senatorları Ağ Evlə razılaşdırılan təşəbbüsün Prezident Donald Trampa Moskvaya təzyiq göstərmək üçün "yeni alətlər" verəcəyini bildiriblər.
Qanun layihəsinə əsasən, Rusiya ilə biznes əlaqələrini davam etdirən, o cümlədən onun enerji resurslarını alan ölkələr də mümkün sanksiyalarla üzləşə bilər.
Sənəddə Rusiya və onun uranı, neft məhsullarını alan ölkələrə qarşı 500 faizdən aşağı olmayan gömrük tariflərinin tətbiqi nəzərdə tutulur.
Qeyd olunur ki, təşəbbüsün əsas məqsədi Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmaq və Moskvanın iqtisadi imkanlarına təzyiqi artırmaqdır.
14:35 11.07.2026
Oxunuş sayı: 54