Azov dənizində azərbaycanlılar PUA hücumuna məruz qalıb - YENİLƏNİB
Azov dənizində Azərbaycan vətəndaşlarından ibarət heyətin çalışdığı "Turbo SM" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, hadisə Rusiyanın Azov limanında baş verib.
Məlumata görə, hücum nəticəsində gəmi zədələnsə də, heyət üzvlərindən heç biri xəsarət almayıb.
Qeyd edək ki, bundan əvvəl, iyunun 5-də Azov dənizində Azərbaycan heyətlərinin olduğu daha iki gəmi hücuma məruz qalmışdı. Həmin hadisə nəticəsində 4 Azərbaycan vətəndaşı həlak olmuşdu.
14:18
Azov dənizində hücuma məruz qalan yük gəmisində yeddi Azərbaycan vətəndaşı olan dənizçi blokadada qalıb.
Crossmedia.az xəbər verir ki, "BT News" bu barədə məlumat yayıb.
Məlumata görə, iyulun 7-dən 8-nə keçən gecə Türkiyənin "NOVA SHIP MANAGEMENT" şirkətinə məxsus "Feofan Shokhirev" gəmisi Azov dənizində hücuma məruz qalıb.
Bildirilir ki, gəminin heyətində yeddi azərbaycanlı dənizçi var. Onlardan birinin Elvin Bayram oğlu Kərimov olduğu qeyd edilir.
Məlumata əsasən, dənizçilər artıq üçüncü gündür ağır vəziyyətdədir. Gəmi tamamilə idarəetməni itirib və hərəkətini müstəqil şəkildə davam etdirə bilmir. Onun təxliyəsi üçün təcili olaraq yedək gəmisinə ehtiyac olduğu bildirilir.
Lakin hadisə rayonunda təhlükəsizlik risklərinin yüksək olması səbəbindən hazırda heç bir gəmi zədələnmiş gəmiyə yaxınlaşa bilmir.
Dənizçilərin yaxınları gəmiçilik şirkəti ilə əlaqə saxlayırlar. Şirkət isə bölgədəki gərgin vəziyyət səbəbindən hələlik zəruri tədbirləri görə bilmədiyini bildirib.
14:24 11.07.2026
Oxunuş sayı: 55