KXDR: Denuklearizasiya məsələsi birdəfəlik bağlanıb
Koreya Xalq Demokratik Respublikası (KXDR) denuklearizasiya məsələsinin həm nəzəri, həm də praktiki baxımdan qəti və birdəfəlik bağlandığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyi bu barədə məlumat yayıb.
KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, ölkənin nüvəsizləşdirilməsi ilə bağlı məsələ artıq gündəmdə deyil və bu mövzu üzrə hər hansı müzakirə mümkün hesab edilmir.
Bəyanatda vurğulanıb ki, Pxenyanın nüvə siyasəti dəyişməz olaraq qalır və denuklearizasiya məsələsi həm nəzəri, həm də praktiki baxımdan yekunlaşmış hesab olunur.
13:24 11.07.2026
Oxunuş sayı: 67