Tehranda eşidilən partlayışların səbəbi açıqlanıb
Tehranın şərqində eşidilən çoxsaylı partlayış səslərinin partlayıcı maddələrin nəzarətli şəkildə məhv edilməsi ilə əlaqədar olduğu bildirilib.
Crossmedia.az xəbər verir ki, "Tasnim" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 11-i səhər saatlarında İran KİV-ləri Tehranın şərqində ardıcıl partlayış səslərinin eşidildiyini bildirmişdi. Həmin vaxt partlayışların səbəbi açıqlanmamışdı.
Yerli hakimiyyət orqanlarının açıqlamasına əsasən, səslər Tehran əyalətinin şərq hissəsində partlayıcı maddələrin nəzarətli şəkildə zərərsizləşdirilməsi və məhv edilməsi üzrə keçirilən əməliyyat nəticəsində yaranıb.
Rəsmilər hadisənin hərbi hücum və ya fövqəladə vəziyyətlə əlaqəli olmadığını bildiriblər.
13:17 11.07.2026
Oxunuş sayı: 53