Rusiya: İzmail limanına zərbə endirilib
Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində yerləşən İzmail limanına zərbə endirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, zərbə Dunay çayı üzərində yerləşən və Ukrayna Silahlı Qüvvələrinin mühüm alternativ logistika qovşaqlarından biri kimi xarakterizə edilən İzmail limanına endirilib.
Rusiya Müdafiə Nazirliyi hücumun nəticələri barədə əlavə məlumat verməyib.
12:10 11.07.2026
Oxunuş sayı: 49