Türkiyədən İsrailə çağırış: Gərginliyi artırmayın
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankara ilə İsrail arasında qarşıdurmanın qaçılmaz olmadığını bildirib və tərəfləri gərgin ritorikanı daha da artırmamağa çağırıb.
Crossmedia.az xəbər verir ki, "The National" nəşrinə müsahibəsində nazir Türkiyə ilə İsrail arasında açıq münaqişə üçün heç bir əsas görmədiyini deyib.
Fidanın sözlərinə görə, son dövrlər bəzi israilli siyasətçilərin Türkiyə ilə bağlı sərt bəyanatları əsasən İsraildə daxili siyasi mübarizə və qarşıdan gələn seçkilərlə əlaqədardır. O bildirib ki, həm hakim koalisiyada, həm də müxalifətdə təmsil olunan bəzi siyasətçilər seçki kampaniyasında xarici düşmən obrazından istifadə etməyə çalışırlar.
Nazir qeyd edib ki, əvvəllər HƏMAS, "Hizbullah" və İranla qarşıdurmanı ön plana çıxaran bəzi israilli siyasətçilər indi Türkiyəni hədəf kimi göstərirlər. Bununla yanaşı, Hakan Fidan İsraildə daha praqmatik mövqe tutan və strateji düşüncəyə üstünlük verən siyasətçilərin və ictimai xadimlərin də olduğunu vurğulayıb.
12:03 11.07.2026
Oxunuş sayı: 45