İran nüvə obyektlərində bərpa işlərinə başlayıb
İranın ABŞ və İsrailin endirdiyi zərbələrdən sonra bəzi nüvə obyektlərində bərpa işləri apardığı ehtimal olunur.
Crossmedia.az xəbər verir ki, "CNN" bu barədə peyk görüntülərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, iyunun sonu – iyulun əvvəllərində İranın bir sıra nüvə və raket obyektlərində yeni fəaliyyət qeydə alınıb. Peyk görüntüləri ölkənin müxtəlif hərbi və nüvə infrastrukturunda hərəkətliliyin artdığını göstərir.
Bildirilir ki, xüsusilə Pərçin hərbi kompleksinin ərazisində zərbələrdən sonra aparıldığı ehtimal olunan bərpa işlərinin izləri müşahidə edilib.
"CNN" qeyd edir ki, redaksiyanın əldə etdiyi 21 iyun tarixli peyk görüntülərində Natanz nüvə kompleksi yaxınlığındakı Kolanq dağında yerləşən tunellərə nəqliyyat vasitələrinin daxil olub-çıxdığı görünür. Nəşrin iddiasına görə, həmin vaxt ABŞ ilə imzalanmış anlaşma memorandumu hələ qüvvədə idi.
İran rəsmiləri və ya digər rəsmi mənbələr hələlik "CNN"in bu iddiaları ilə bağlı açıqlama verməyiblər.
11:24 11.07.2026
Oxunuş sayı: 62