Ərdoğandan Livan-Suriya münasibətləri ilə bağlı mühüm mesaj
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livan və Suriya arasında mehriban qonşuluq münasibətlərinin bütün region üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan iki ölkə arasında sabit və konstruktiv münasibətlərin Yaxın Şərqdə sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib.
Türkiyə lideri bölgədə dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsinin vacibliyini vurğulayaraq, regional problemlərin diplomatik yollarla həllinin tərəfdarı olduqlarını bildirib.
O, həmçinin qeyd edib ki, qonşu ölkələr arasında əməkdaşlığın inkişafı regionun uzunmüddətli sabitliyi və rifahı baxımından mühüm rol oynayır.
11:47 11.07.2026
Oxunuş sayı: 47