Vaşinqtondan Rusiyaya qarşı yeni sanksiya siqnalı
ABŞ senatoru Lindsi Qrem Rusiyaya qarşı yeni və sərt sanksiyalar paketinin razılaşdırıldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Qremin sözlərinə görə, söhbət Rusiyaya iqtisadi və maliyyə baxımından ciddi təsir göstərə biləcək "sarsıdıcı sanksiyalar" paketindən gedir.
Senator bildirib ki, yeni məhdudiyyətlərin məqsədi Rusiyaya təzyiqi artırmaq və Moskvanı siyasətini dəyişməyə sövq etməkdir. O, sanksiyaların qüvvəyə minməsi ilə bağlı qərarın yaxın vaxtlarda qəbul oluna biləcəyini qeyd edib.
Qeyd edək ki, Lindsi Qrem uzun müddətdir Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqini dəstəkləyən ABŞ siyasətçilərindən biridir.
11:36 11.07.2026
Oxunuş sayı: 46