Tehran və Vaşinqton yenidən danışıqlar masasında
İran və ABŞ nümayəndələrinin texniki qrupları iyulun 12-də danışıqların növbəti mərhələsini keçirəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə tərəflər əvvəlki təmaslarda əldə olunan nəticələri və gündəmdə olan texniki məsələləri müzakirə edəcəklər.
Məlumata görə, danışıqların əsas məqsədi tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılması və mümkün razılaşmaların texniki detallarının dəqiqləşdirilməsidir.
Rəsmi mənbələr görüşün keçiriləcəyi məkan və gündəlikdə yer alacaq digər məsələlərlə bağlı hələlik əlavə məlumat açıqlamayıb.
11:21 11.07.2026
Oxunuş sayı: 47