Ukrayna Krımda Rusiyanın 18 gəmisini məhv etdiyini açıqlayıb
Ukrayna Müdafiə Qüvvələri 2026-cı il iyulun 10-na keçən gecə işğal altında olan Krımda Rusiyaya məxsus 18 gəmini məhv etdiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, məlumatda həmin gəmilərdən Krımın logistik təminatının həyata keçirilməsi üçün istifadə olunduğu bildirilir.
Ukrayna iddiasına görə, əməliyyat nəticəsində Rusiyanın yarımadadakı hərbi-logistika imkanlarına ciddi zərbə vurulub. Hədəfə alınan gəmilərin növü və zərərin miqyası barədə əlavə məlumat açıqlanmayıb.
Rusiya isə hələlik bu iddiala bağlı rəsmi açıqlama verməyib. Məlumatı müstəqil mənbələr də hələ təsdiqləməyib.
11:03 11.07.2026
Oxunuş sayı: 58