Tramp: Mənə sui-qəsd cəhdi olarsa, İrana min raketlə zərbə endiriləcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ona qarşı sui-qəsd cəhdi olacağı təqdirdə, İrana min raketlə zərbə endiriləcək.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "Truth" sosial şəbəkəsində paylaşım edib.
Donald Trampın sözlərinə görə, hazırda min raket tam döyüş hazırlığı vəziyyətinə gətirilərək İran istiqamətinə yönəldilib və zərurət yaranacağı təqdirdə daha minlərlə raket istifadəyə veriləcək.
ABŞ Prezidenti qeyd edib ki, bu addım İran hakimiyyətinin ABŞ prezidentinə qarşı səsləndirilən təhdidlərinə cavab olaraq planlaşdırılıb.
Tramp həmçinin bildirib ki, ABŞ Silahlı Qüvvələri artıq müvafiq əmri alıb və zərurət yaranarsa, İrana qarşı hərbi əməliyyat keçirməyə hazırdır.
Qeyd edək ki, bu bəyanat Donald Trampın şəxsi sosial media hesabında yer alıb və İran tərəfi hələlik açıqlamaya münasibət bildirməyib.
09:19 11.07.2026
Oxunuş sayı: 57