ABŞ İrana 24 saat vaxt verdi
ABŞ İranın gəmilərə hücumlardan imtina etdiyini və Hörmüz boğazının açıq olduğunu ictimai şəkildə bəyan etməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid X sosial şəbəkəsində mənbələrə istinadən yazıb.
Məlumata görə, Vaşinqton bu tələblərin yerinə yetirilməsi üçün Tehrana 24 saat vaxt verib. İranın şənbə günü, 11 iyulun sonunadək rəsmi açıqlama verməsi istənilib.
Barak Ravidin məlumatına əsasən, ABŞ bu tələbi İran rəhbərliyinə həm birbaşa kanallar vasitəsilə, həm də vasitəçi ölkələr üzərindən çatdırıb.
09:11 11.07.2026
Oxunuş sayı: 51