Malidən sərt açıqlama: Suverenliyimizə qarşı plan qurulub
Mali hakimiyyəti ölkədə mövcud hökuməti devirmək məqsədi daşıyan planın 2026-cı ilin aprelində Fransadakı Yelisey sarayında hazırlandığını iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Mali Milli Keçid Şurasının müdafiə komissiyası sədrinin müavini Fuseni Uattara ˝TASS˝-a açıqlamasında bildirib.
Uattara qeyd edib ki, Mali bundan sonra ölkənin suverenliyinə zərbə vurmağa yönəlmiş Fransanın Yelisey sarayından gələn planlara qarşı hazırlıqsız yaxalanmayacaq.
Onun sözlərinə görə, aprelin 24-25-də baş verən hadisələr Mali administrasiyasının başını kəsməyə yönəlmiş əməliyyat olub. Uattara bildirib ki, Afrika Korpusu qüvvələrinin dəstəyi olmasaydı, ölkədə sabitlik təhlükə altına düşə və çevriliş baş verə bilərdi.
O, Rusiya müttəfiqlərinin göstərdiyi dəstəyin silahlı qrupların planlarının qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb.
00:01 11.07.2026
Oxunuş sayı: 54