Trampdan İrana sərt mesaj: Atəşkəs bitdi
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran danışıqları davam etdirmək üçün müraciət edib, lakin atəşkəs rejiminin artıq başa çatdığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“İran İslam Respublikası bizdən “danışıqları” davam etdirməyi xahiş etdi. Biz buna razı olduq, lakin ABŞ onlara açıq şəkildə bildirdi: atəşkəs rejimi başa çatıb!” – deyə Tramp bildirib.
ABŞ liderinin sözlərinə görə, Vaşinqton Tehranın danışıqlar təşəbbüsünə münasibət bildirib, lakin hazırkı vəziyyətdə atəşkəsin davam etmədiyini vurğulayıb.
21:44 10.07.2026
Oxunuş sayı: 58