Zaporojye atəş altında: Ölən və yaralananlar var
Ukraynanın Zaporojye şəhərinin mərkəzi idarəolunan aviasiya bombaları ilə hücuma məruz qalıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rəsmi məlumatlara görə, hücum nəticəsində dağıntılar qeydə alınıb, şəxsi yaşayış sektorunda yanğınlar baş verib. Alovlanan ərazilər arasında yaşayış evi və avtomobillər də olub.
Hazırkı məlumata əsasən, hücum nəticəsində bir dinc sakin həlak olub, daha üç nəfər xəsarət alıb.
Bildirilib ki, zərbələr zamanı bombalardan biri şəxsi yaşayış evinə düşərək yanğına səbəb olub. Digər aviasiya bombasının isə yaşayış binasının yaxınlığına düşdüyü, lakin partlamadığı qeyd edilir.
20:56 10.07.2026
Oxunuş sayı: 52