NATO-nun 134 milyard dollarlıq planına Türkiyədən yox cavabı
Türkiyə hələlik NATO-nun Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının yaradılması təşəbbüsünə qoşulmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝CNN˝ məlumat yayıb. Bildirilir ki, qərar Türkiyənin aidiyyəti dövlət qurumları tərəfindən aparılan strateji və texniki qiymətləndirmələr əsasında qəbul edilib.
Türkiyə hakimiyyəti yayılan məlumatı hələlik rəsmi şəkildə şərh etməyib.
Daha əvvəl Türkiyə ilə yanaşı Albaniya, Belçika, Yunanıstan, Kanada, Latviya, Lüksemburq, Rumıniya və Ukrayna bankın yaradılmasında iştirak etməyə hazır olduqlarını açıqlamışdı.
Maliyyə konsorsiumunun baş qərargahının Kanadanın Monreal şəhərində yerləşəcəyi bildirilir. Layihənin əsas məqsədi Ukrayna ilə bağlı hərbi layihələrin maliyyələşdirilməsi üçün 134 milyard dollara qədər vəsait cəlb etməkdir.
20:24 10.07.2026
Oxunuş sayı: 58