Ərdoğan: Türkiyə F-35 proqramına qayıdacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin F-35 qırıcı proqramına yenidən qoşulacağına əmin olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Ərdoğan bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Türkiyə liderinin sözlərinə görə, Ankara F-35 proqramına qayıdışla bağlı müsbət nəticə əldə olunacağına inanır.
Ərdoğan bu prosesin Türkiyə ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyini də vurğulayıb.
Proqrama qayıdışın vaxtı və bununla bağlı rəsmi razılaşmalar barədə isə hələlik əlavə məlumat verilməyib.
10:23 10.07.2026
Oxunuş sayı: 56