Venesuelada zəlzələ qurbanlarının sayı 3.889 nəfərə çatdı
Venesuelada iyunun 24-də baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 3.889 nəfərə yüksəlib.
Crossmedia.az xəbər verir ki, Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges bu barədə məlumat yayıb.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 16.740 nəfər xəsarət alıb, 17.907 nəfər isə evsiz qalıb.
Məlumata əsasən, 190 bina tamamilə dağılıb, 856 tikiliyə ciddi ziyan dəyib. Axtarış-xilasetmə əməliyyatları zamanı 6.462 nəfər xilas edilib, 28.836 nəfər xəstəxana və digər tibb müəssisələrində müalicə alıb.
Bundan başqa, zərərçəkmiş 86.794 ailəyə yardım göstərilib, onlara ümumilikdə 9.603 ton ərzaq paylanılıb.
Qeyd edək ki, zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə maqnitudası 7,2 və 7,5 olan iki güclü yeraltı təkan qeydə alınıb. Təkanların episentri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra bölgədə 1000-dən çox afterşok baş verib.
07:55 10.07.2026
Oxunuş sayı: 52