Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi müdafiə sənayesi və təhlükəsizlik sahəsində Türkiyə və Azərbaycanla əməkdaşlığa başlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Azərbaycana və Türkiyəyə təşəkkür etmək istəyirəm. Biz həqiqətən bu istiqamətdə işləməyə başlamışıq. Təfərrüatlara varmadan deyə bilərəm ki, kifayət qədər sürətlə irəliləyirik”, – deyə Zelenski bildirib.
Prezident əməkdaşlığın detalları barədə əlavə məlumat verməyib.
23:57 09.07.2026
Oxunuş sayı: 53