Karapetyan: Ermənistanda nədə ittiham olunduğumu hələ də anlamamışam
Rusiyalı iş adamı Samvel Karapetyan məhkəmədə bildirib ki, Ermənistanda ona qarşı irəli sürülən ittihamların mahiyyətini hələ də başa düşməyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Karapetyan qeyd edib ki, istintaq və məhkəmə prosesində onun nədə ittiham olunduğu aydın deyil.
Bu arada, Ermənistan məhkəməsi Samvel Karapetyanın ev dustaqlığı müddətini daha iki ay uzadıb.
Karapetyanın işi Ermənistanda geniş müzakirələrə səbəb olub. Onun tərəfdarları prosesi siyasi təzyiq kimi qiymətləndirir, hakimiyyət isə məsələnin hüquqi müstəvidə araşdırıldığını bildirir.
21:02 09.07.2026
Oxunuş sayı: 42