Samvel Karapetyanın ev dustaqlığı daha iki ay uzadılıb
Ermənistanda məhkəmə iş adamı və “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyanın ev dustaqlığı müddətini daha iki ay uzadıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qərara əsasən, Karapetyan növbəti iki ay ərzində də ev dustaqlığında qalacaq.
Qeyd edək ki, Karapetyanın işi Ermənistanda siyasi müzakirələrə səbəb olub. Onun tərəfdarları prosesi siyasi təzyiq kimi qiymətləndirir, hakimiyyət isə ittihamların hüquqi müstəvidə araşdırıldığını bildirir.
19:38 09.07.2026
Oxunuş sayı: 55