Karapetyanın gizli planının 106 nəfərlik hissəsi üzə çıxdı
Ermənistanda “Güclü Ermənistan” blokundan deputatlığa namizəd olan 106 nəfər namizədliyini geri götürmək üçün müraciət edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Blokun lideri Samvel Karapetyan bu addımı gizli planın bir hissəsi və siyasi repressiyalardan qorunmaq məqsədi daşıyan taktiki gediş kimi qiymətləndirib.
Blokun mətbuat xidməti bildirib ki, siyahını tərk edən namizədlər komandada qalırlar. Qeyd olunub ki, blok parlamentdə deputat mandatlarının 29 əsas fiqur arasında bölüşdürülməsini hədəfləyir.
Eyni zamanda, tənqidçilər və hakimiyyətə yaxın siyasi analitiklər müxalifətin bu yenidən qruplaşma planının Moskvanın siyasi texnoloqları ilə koordinasiya olunmuş ola biləcəyini iddia edirlər.
19:08 09.07.2026
Oxunuş sayı: 54