Moldovanın Konstitusiya Məhkəməsi Qaqauziyanın bəzi səlahiyyətlərini ləğv edib
Moldovanın Konstitusiya Məhkəməsi Qaqauz muxtariyyətinin seçkilərin təşkili və güc strukturlarının rəhbərlərinin təyin edilməsi sahəsindəki səlahiyyətlərini məhdudlaşdırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məhkəmənin qərarında qeyd olunub.
Qərara əsasən, Qaqauziyanın seçki proseslərinin təşkili və hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin təyin olunması ilə bağlı müəyyən səlahiyyətləri aradan qaldırılıb.
Məhkəmənin qərarının hansı hüquqi əsaslarla qəbul edildiyi və bunun muxtariyyətin idarəetmə sisteminə necə təsir göstərəcəyi barədə əlavə məlumat verilməyib.
18:23 09.07.2026
Oxunuş sayı: 56