İordaniyada ABŞ hərbçilərinin yerləşdiyi bazaya hücum edilib
İordaniyanın şərqində güclü partlayışların baş verdiyi və ABŞ hərbçilərinin də yerləşdiyi hərbi bazanın hücuma məruz qaldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici mənbələr məlumat yayıb.
Məlumata görə, hücumun hədəfi İordaniyanın Əz-Zərqa bölgəsində yerləşən hərbi baza olub. Bildirilir ki, həmin bazada ABŞ hərbçiləri də xidmət aparırlar.
Hadisənin nəticələri, eləcə də itki və dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb. ABŞ və İordaniya rəsmiləri məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.
16:26 09.07.2026
Oxunuş sayı: 56