Livan İsrail qoşunlarının çıxarılmasını danışıqlar üçün şərt qoydu
Livan hökuməti İsrail qoşunlarının ölkənin cənubundakı iki ərazidən çıxarılmasını yeni danışıqların başlanması üçün əsas şərt kimi irəli sürüb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, iyulun 15–16-da Romada keçirilməsi planlaşdırılan danışıqlardan əvvəl Beyrut İsrail ordusunun cənubdakı iki "pilot zona"dan geri çəkilməsini tələb edib.
Livan rəsmiləri bildiriblər ki, bu tələb yerinə yetirilməyəcəyi təqdirdə danışıqlarda iştirak etməyəcəklər. Görüşün əsas mövzusu İsrail qüvvələrinin Livanın cənubundan çıxarılması ilə bağlı razılaşmaların icrası olacaq.
İsrail mənbələrinin məlumatına görə, SAXAL (İsrail Müdafiə Qüvvələri) ən azı bir ərazidən qoşunların çıxarılmasına hazırlaşsa da, bununla bağlı yekun qərar hələ qəbul edilməyib.
Yaxın günlərdə isə növbəti addımların koordinasiyası məqsədilə ABŞ-nin hərbi nümayəndə heyətinin Beyruta səfəri gözlənilir.
17:26 09.07.2026
Oxunuş sayı: 52