İtaliya Rusiyanın iki hərbi attaşesini ölkədən çıxarır
İtaliya hökuməti casusluq fəaliyyətində şübhəli bilinən Rusiyanın Romadakı səfirliyinin iki hərbi attaşesini ölkədən çıxarmaq qərarı verib.
Crossmedia.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani X sosial şəbəkəsində paylaşım edib.
Nazirin sözlərinə görə, qərar Roma prokurorluğunun apardığı istintaq zamanı aşkar edilmiş casusluq fəaliyyəti ilə əlaqədar qəbul olunub.
Antonio Tayani bildirib ki, İtaliya Xarici İşlər Nazirliyinin baş katibi bu barədə Rusiyanın Romadakı səfirinə rəsmi məlumat verib.
Qərara əsasən, səfirliyin hərbi attaşeləri İvan Petroviç Qorbaçov və Mixail Vasilyeviç Astaxov üç gün ərzində Romanı tərk etməlidirlər.
15:58 09.07.2026
Oxunuş sayı: 51