Qazaxıstan məhkəməsi "Qazprom"a qarşı arbitraj qərarını icra etməkdən imtina edib
Qazaxıstanın Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsi "Qazprom" şirkətindən "Naftoqaz"ın xeyrinə təxminən 1,4 milyard dollar tutulmasını nəzərdə tutan arbitraj qərarının tanınması ilə bağlı əvvəlki qərarını ləğv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məhkəmə qərarında bildirilib ki, Astana Beynəlxalq Maliyyə Mərkəzinin qanunvericiliyi mərkəzin fəaliyyəti və ya onun iştirakçıları ilə əlaqəsi olmayan mübahisələr üzrə xarici arbitraj qərarlarının tanınmasına imkan vermir.
Buna görə də Beynəlxalq Ticarət Palatasının arbitraj qərarının Qazaxıstanda tanınması ilə bağlı əvvəlki qərar qüvvədən salınıb.
Xatırladaq ki, həmin arbitraj qərarı əsasında "Qazprom"dan "Naftoqaz"ın xeyrinə təxminən 1,4 milyard ABŞ dollarının tutulması planlaşdırılırdı.
16:54 09.07.2026
Oxunuş sayı: 56