Merts: Almaniya ABŞ-dən "Tomahawk" raketləri alacaq
Almaniya ABŞ-dən "Tomahawk" qanadlı raketləri alacağını və onları Almaniya ərazisində yerləşdirəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts bu barədə Bundestaqda çıxışı zamanı bildirib.
Kanslerin sözlərinə görə, Ankarada keçirilən NATO sammiti gözləntiləri üstələyən nəticələrlə başa çatıb.
Merts qeyd edib ki, alyans həm birlik, həm də çəkindirmə baxımından daha da güclənib və NATO "vahid, güclü və özünəinamlı" olaraq qalır.
O əlavə edib ki, Almaniya müdafiə qabiliyyətini artırmaq məqsədilə ABŞ-dən "Tomahawk" qanadlı raketləri alacaq və onları ölkə ərazisində yerləşdirəcək.
15:38 09.07.2026
Oxunuş sayı: 50