Venesuela Britaniyadan qızıl ehtiyatlarını geri tələb edib
Venesuela hökuməti Böyük Britaniya Bankında saxlanılan qızıl ehtiyatlarının qaytarılması ilə bağlı Londona növbəti dəfə rəsmi müraciət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, Venesuelanın vitse-prezidenti Delsi Rodriqes Böyük Britaniya hakimiyyətinə rəsmi məktub göndərərək ölkəyə məxsus qızıl ehtiyatlarına çıxışın təmin olunmasını tələb edib.
Hazırda Böyük Britaniyada Venesuelaya məxsus 31 ton qızılın bloklandığı bildirilir.
Karakas bəyan edib ki, bu vəsait son dağıdıcı zəlzələlərdən sonra bərpa işlərinin maliyyələşdirilməsi üçün həyati əhəmiyyət daşıyır.
Bundan əlavə, Venesuela təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə maliyyə resurslarının blokdan çıxarılmasına dəstək göstərilməsi üçün Beynəlxalq Valyuta Fonduna (BVF) da müraciət edib.
16:06 09.07.2026
Oxunuş sayı: 56