ABŞ İranı Rusiya və Çinlə birləşdirən körpüyə zərbə vurdu
ABŞ hərbçiləri İranın şimal-şərqində Rusiya və Çinlə nəqliyyat əlaqələrinin bir hissəsi hesab olunan dəmir yolu körpüsünə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, "Fars" agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, zərbə Türkmənistan sərhədi yaxınlığında, Gülüstan əyalətinin Aqqala rayonunda yerləşən dəmir yolu körpüsünə endirilib.
Agentlik bildirir ki, sözügedən marşrut vasitəsilə Rusiyadan İrana müxtəlif yüklər daşınırdı.
14:45 09.07.2026
Oxunuş sayı: 57