NATO: Avropa ABŞ-nin hərbi imkanlarını əvəz etməlidir
Avropa NATO daxilində ABŞ-nin bir sıra əsas hərbi imkanlarını mərhələli şəkildə əvəz etməyə hazırlaşmalıdır.
Crossmedia.az xəbər verir ki, "Euractiv" bu barədə NATO Hərbi Komitəsinin sədri, amerikalı admiral Cüzeppe Kavo Draqonenin müsahibəsinə istinadən məlumat yayıb.
Draqonenin sözlərinə görə, söhbət havada yanacaq doldurma təyyarələri, radioelektron mübarizə sistemləri, kəşfiyyat imkanları, uzaqmənzilli yüksək dəqiqlikli zərbə vasitələri, həmçinin inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemlərindən gedir.
Admiral bildirib ki, Avropa ABŞ-nin hərbi potensialını tam şəkildə təkrarlamağa çalışmamalıdır. Onun fikrincə, NATO ənənəvi silahları modernləşdirməli, eyni zamanda pilotsuz sistemlərə, avtonom texnologiyalara və aşağı qiymətli yüksək dəqiqlikli zərbə vasitələrinə daha çox investisiya yatırmalıdır.
Xatırladaq ki, mayın sonunda "Der Spiegel" ABŞ-nin NATO-nun NATO Force Model çərçivəsində hərbi töhfəsini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığını yazmışdı. "Bild" isə Vaşinqtonun alyansa KC-46 yanacaqdaşıyan təyyarələri və uzaqmənzilli kəşfiyyat pilotsuz uçuş aparatları təqdim etməkdən imtina etməyi nəzərdən keçirdiyini bildirmişdi.
14:51 09.07.2026
Oxunuş sayı: 66