Çin NATO-nu ritorikasından imtina etməyə çağırdı
Çin NATO-nu Pekinə münasibətini dəyişməyə və "Çin təhdidi" ilə bağlı ritorikanı dayandırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinqdə açıqlama verib.
Mao Nin jurnalistlərin NATO-nun iyulun 7–8-də Ankarada keçirilən sammitində Çinlə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib ki, Şimali Atlantika Alyansı regional müdafiə təşkilatıdır və müəyyən edilmiş səlahiyyət və coğrafi sərhədlər çərçivəsində fəaliyyət göstərməlidir.
Onun sözlərinə görə, NATO istənilən məsələdə Çini bəhanə kimi göstərməkdən imtina etməlidir.
Çin XİN rəsmisi vurğulayıb ki, Çin hər zaman qlobal sülhə töhfə verən ölkə olub, heç vaxt digər dövlətlər üçün təhlükə yaratmayıb və Avroatlantik regionun təhlükəsizliyinə çağırış təşkil etməyib.
13:25 09.07.2026
Oxunuş sayı: 60