Tramp: Avropadakı ABŞ hərbçilərinin taleyi Qrenlandiya və İrandan asılıdır
ABŞ Prezidenti Donald Tramp Avropada yerləşdirilən Amerika qoşunlarının sayına dair qərarın müttəfiqlərinin Qrenlandiya və İran məsələlərinə münasibətindən asılı olacağını bildirib.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" bu barədə məlumat yayıb.
Tramp NATO-nun Ankarada keçirilən sammitindən sonra Vaşinqtona qayıdarkən prezident təyyarəsində jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı hələ yekun qərar verməyib.
"Son qərarı hələ qəbul etməmişəm. Çox şey Qrenlandiyadan asılı olacaq. Çox şey İrandan asılıdır", – deyə ABŞ prezidenti bildirib.
Tramp Avropadakı ABŞ hərbi kontingenti ilə bağlı qərarın nə vaxt veriləcəyi və mümkün dəyişikliklərin detalları barədə əlavə məlumat verməyib.
12:11 09.07.2026
Oxunuş sayı: 60