Günəşdə aktivlik azalmağa davam edir
Günəşdə aktivlik son günlər azalma tendensiyasını qoruyur və rentgen şüalanmasının səviyyəsi dörd gün ərzində 10 dəfə aşağı düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Laboratoriyanın açıqlamasına görə, son dörd gün ərzində Günəşdən yayılan rentgen şüalanmasının intensivliyi on dəfə azalıb.
Mütəxəssislər bildiriblər ki, Günəşdə aktivliyin azalması hazırda müşahidə olunan əsas tendensiyalardan biridir. Bununla bağlı laboratoriya rəsmi "Telegram" kanalında video da yayımlayıb.
12:39 09.07.2026
Oxunuş sayı: 58