Ukrayna PUA-ları Tverdəki neft bazasına hücum edib
Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Tver şəhərində yerləşən "Tvernefteprodukt" neft bazasına hücum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb.
Məlumata görə, hücumun hədəfi Tver şəhərində fəaliyyət göstərən "Tvernefteprodukt" neft bazası olub.
Hadisənin nəticələri, mümkün dağıntılar və itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Rusiya rəsmiləri isə insidentlə bağlı geniş açıqlama verməyiblər.
11:07 09.07.2026
Oxunuş sayı: 51