Vurulan ABŞ PUA-sının görüntülərini yayıb
İranın "Tasnim" agentliyi ölkənin cənubundakı Buşəhr əyalətində vurulduğu iddia edilən ABŞ-yə məxsus pilotsuz uçuş aparatının (PUA) görüntülərini yayımlayıb.
Crossmedia.az xəbər verir ki, "Tasnim" bu barədə məlumat yayıb.
Yayılan kadrlarda ABŞ-yə məxsus olduğu iddia edilən pilotsuz uçuş aparatının qalıqları əks olunub.
Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus MQ-9 Reaper tipli PUA-nın vurulduğunu iddia etmişdi.
ABŞ tərəfi isə yayılan görüntülər və İranın iddiaları ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
11:13 09.07.2026
Oxunuş sayı: 53