İran ABŞ-nin dörd hərbi bazasına zərbələr endirib
İran ötən gecə və bu gün səhər saatlarında ABŞ-yə məxsus Bəhreyn və Küveytdəki dörd hərbi bazaya raket və kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran mənbələri məlumat yayıb.
Məlumata görə, hədəflərdən ikisi Bəhreyndə, digər ikisi isə Küveytdə yerləşən ABŞ hərbi bazaları olub.
Eyni zamanda, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında, Buşəhr bölgəsində ABŞ-yə məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatının vurulduğunu iddia edən görüntülər yayımlayıb.
Bundan başqa, İran parlamentinin sədri sosial şəbəkədə paylaşım edərək ABŞ-yə xəbərdarlıq edib.
ABŞ tərəfi isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
10:41 09.07.2026
Oxunuş sayı: 56