Rutte: Putin üçün bu itkilərin əhəmiyyəti yoxdur
NATO-nun Baş katibi Mark Rutte rus gənclərini Ukraynadakı müharibəyə qoşulmamağa çağırıb.
Crossmedi.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rutte bildirib ki, döyüşlərə qatılmaq istəyənlər qərar verməzdən əvvəl bir daha düşünməlidirlər. Onun sözlərinə görə, bu il və ya yaxın aylarda həlak olan 30–35 min hərbçi arasında onların da ola biləcəyini nəzərə almaq lazımdır. NATO baş katibi əlavə edib ki, görünən odur ki, Rusiya Prezidenti üçün bu itkilərin əhəmiyyəti yoxdur.
23:55 08.07.2026
Oxunuş sayı: 51