Təhsilin İnkişafı Fondu “TəhsilPlus” layihəsi çərçivəsində Dünyagöz Xəstəxanası ilə əməkdaşlığa başlayıb
Təhsilin İnkişafı Fondu ilə Dünyagöz Xəstəxanası arasında “TəhsilPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Crossmedia.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində təhsil işçiləri Dünyagöz Xəstəxanasının təqdim etdiyi xidmətlərdən xüsusi güzəştlərlə yararlana biləcəklər. Müqaviləyə əsasən, müayinə və tomoqrafiya xidmətlərinə 50%, lazer, ümumi və xüsusi əməliyyatlara isə 20% endirim tətbiq olunacaq.
19:32 08.07.2026
Oxunuş sayı: 49