Gürcü dilini Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində öyrənə bilərsən
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin “Yay Məktəbi”ndə gürcü dili kurslarının yeni qrupu üçün qeydiyyat davam edir.
Crossmedia.az xəbər verir ki, 12 yaşdan yuxarı yeniyetmələr üçün nəzərdə tutulan proqram iştirakçıların gürcü dili biliklərinin möhkəmləndirilməsi, öyrənilən mövzuların təkrarı və ümumiləşdirilməsi, eləcə də ünsiyyət bacarıqlarının inkişafına yönəlib.
Üç ay davam edəcək kurslarda dərslər həftənin I, III və V günləri saat 13:00-dan 15:00-dək peşəkar müəllim Zülfinaz Əliyevanın rəhbərliyi ilə keçiriləcək.
Tədris proqramına “Yay tapşırıqları” vəsaiti əsasında ümumi təkrar məşğələlər, gürcü dili dərsləri, nitqin inkişafına yönəlmiş fəaliyyətlər, intellektual oyunlar və bilik yarışmaları daxildir.
Sonda kursu uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.
Qeydiyyat və əlavə məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət etmək mümkündür:
E-mail: [email protected]
Tel.: +995 558 59 77 59; +995 588 88 39 19
23:30 07.07.2026
Oxunuş sayı: 28