İsrail hərbçisinin fələstinlilərin avtomobilinə qumbara atdığı iddia olunur
Sosial şəbəkələrdə İsrail hərbçisinin fələstinlilərin olduğu avtomobilə işıq-səs qumbarası atdığı iddia edilən görüntülər yayılıb.
Crossmedia.az xəbər verir ki, videoda hərbçinin içərisində gənc fələstinlilərin olduğu avtomobilə işıq-səs qumbarası atdığı, daha sonra isə avtomobilin qapısını bağladığı görünür. Qumbara bir neçə saniyə sonra avtomobilin içərisində partlayır.
Hadisənin dəqiq nə vaxt və harada baş verdiyi, eləcə də görüntülərin həqiqiliyi hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
İsrail ordusu isə yayılan görüntülərlə bağlı hələlik rəsmi açıqlama verməyib.
17:54 06.07.2026
Oxunuş sayı: 48