Məktəbəqədər hazırlıq niyə bu qədər vacibdir? – Mütəxəssis izah edir
Hər bir valideyn övladının ilk təhsil addımlarını etibarlı və təhlükəsiz mühitdə atmasını, bilik və bacarıqlarını peşəkar müəllimlərin dəstəyi ilə inkişaf etdirməsini arzulayır. Məhz buna görə də məktəbəqədər təhsil müəssisəsinin seçimi valideynlər üçün ən məsuliyyətli qərarlardan biri hesab olunur. Təhlükəsiz mühit, keyfiyyətli tədris proqramı və uşağın fərdi inkişafına yönəlmiş yanaşma bu seçimdə əsas meyarlardandır. Bu məkanlardan biri də "Ingla Kids and Preschool"dur. Belə ki, artıq üç ildir fəaliyyət göstərən mərkəz qısa müddətdə məktəbəqədər təhsil sahəsində valideynlərin etimadını qazanmağı bacarıb. Burada uşaqların intellektual, sosial və yaradıcı bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir, tədris isə müasir metodika və beynəlxalq yanaşmalar əsasında təşkil olunur. Mərkəzdə Azərbaycan, ingilis və rus bölmələri üzrə təhsil imkanları yaradılıb, məktəbə hazırlıq proqramı isə uşaqların gələcək təhsil həyatına inamla başlamasına xidmət edir.
Mərkəzin imkanları və nailiyyətləri ilə bağlı Crossmedia.az-a açıqlama verən "İngla Kids"in direktoru Gülşən Hacıyevanın sözlərinə görə, "İngla Kids and Preschool" artıq üç ildir ki, fəaliyyət göstərir və ötən dövrdə 30-a yaxın məzun olub:

"Ən sevindirici hal odur ki, bu günə qədər bizdə məktəbəqədər proqramda hazırlaşan uşaqların hamısı ölkəmizdə fəaliyyət göstərən Azərbaycan, ingilis və rus bölməsi üzrə məktəblərə qəbul imtahanlarında 100 faiz nəticə göstərərək qəbul olublar. Hesab edirəm ki, bu nəticə təsadüfi deyil. Məktəbəqədər yaş dövründə uşaqlarla düzgün metodika əsasında işlənildikdə, onların məktəbə hazırlıq səviyyəsi də daha yüksək olur. Biz fəaliyyətimiz ərzində məhz uşaqların potensialını üzə çıxarmağa, onların məktəbə keçidini mümkün qədər rahat və uğurlu etməyə çalışmışıq. Mərkəzimizdə IB/Cambridge kurikulumunu dərindən bilən beynəlxalq sertifikatlı mütəxəssislər fəaliyyət göstərir. Keçirilən dərslər təkcə kitabla yekunlaşmır, həmçinin dərslərin əyləncəli oyunlarla tətbiqi keçirilən materialın daha yaxşı mənimsənilməsinə kömək edir. Çünki məktəbəqədər yaş dövründə uşaqlar öyrəndiklərini daha çox müşahidə, oyun və praktik fəaliyyət vasitəsilə mənimsəyirlər. Bu baxımdan dərs prosesinin maraqlı və interaktiv formada təşkili onların diqqətini uzun müddət saxlamağa, öyrəndiklərini gündəlik həyatda tətbiq etmələrinə və yeni biliklərə maraq göstərmələrinə şərait yaradır. Fəaliyyətimiz uşaq və yeniyetmə psixoloqu ilə birlikdə qurulur. Və təsadüfi deyil ki, mərkəzimizin rəhbər vəzifəsində məhz psixoloq da təmsil olunur. Çünki məktəbəqədər yaş dövrü uşağın şəxsiyyətinin formalaşdığı ən vacib mərhələlərdən biridir. Bu dövrdə uşağın psixoloji rahatlığı, özünü ifadə etməsi, sosial bacarıqlarının inkişafı və təlimə marağının formalaşması akademik biliklər qədər əhəmiyyət daşıyır. Buna görə də tədris prosesində psixoloji yanaşmanın nəzərə alınmasını vacib hesab edirik."
Müsahibimiz vurğulayıb ki, məktəbəqədər hazırlıq bu gün uşağın təhsili və gələcəyi üçün taleyüklü məsələdir:
"Mütləq şəkildə peşəkar mərkəzlərdə peşəkar müəllimlərlə uşağın gələcək təhsil həyatının möhkəm təməli qoyulmalıdır. Düşünməyin ki, ibtidai sinifdə öyrənəcək. İbtidai sinfə kimi uşaqlar müəyyən oxu və yazı bacarıqlarını bilməli, hərf və rəqəmləri tanımalı və kiçik motorikaları inkişaf etməlidir. Bundan əlavə, uşağın diqqətini cəmləməsi, tapşırıqları dinləyib yerinə yetirməsi, ünsiyyət qurması və məktəb mühitinə uyğunlaşması üçün lazım olan ilkin bacarıqlar da bu mərhələdə formalaşır. Uşaqlar 1-ci sinfə tam hazır olmalıdırlar. Çünki məktəbə hazırlıq yalnız hərf və rəqəmləri öyrənməkdən ibarət deyil, eyni zamanda uşağın yeni təhsil mühitinə inamla və rahat şəkildə uyğunlaşmasını təmin edən mühüm hazırlıq mərhələsidir."
Fatimə Məmmədova
13:00 04.07.2026
Oxunuş sayı: 70