Paşinyanın adı “İnnoprom”-un iştirak siyahısından çıxarılıb
Ermənistanın baş naziri Nikol Paşinyanın adı Rusiyanın Yekaterinburq şəhərində 6–9 iyul tarixlərində keçiriləcək beynəlxalq sənaye sərgisi “İnnoprom”-un spiker siyahısından çıxarılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝NEWSam˝agentliyi məlumat yayıb.
Əvvəllər Paşinyanın adı tədbirin əsas plenar iclasında çıxış edəcək qonaqlar sırasında göstərilirdi. Onun Rusiya Baş naziri Mixail Mişustin və digər ölkələrin nümayəndələri ilə birlikdə Sərhədsiz istehsal mövzusunda çıxış edəcəyi planlaşdırılırdı.
Lakin sonradan Ermənistan baş nazirinin adı tədbirin rəsmi saytındakı spiker siyahısından silinib. Təşkilatçılar bu dəyişikliklə bağlı hələ heç bir açıqlama verməyiblər və Paşinyanın səfərinin ləğv edilib-edilmədiyi də aydın deyil.
Ermənistan hökuməti də indiyə qədər Paşinyanın “İnnoprom”da iştirakına dair rəsmi məlumat yaymayıb.
Qeyd edək ki, “İnnoprom-2026” beynəlxalq sənaye sərgisi Rusiya və bir sıra xarici ölkələrin hökumət nümayəndələri, nazirlər və biznes təmsilçilərinin iştirakı ilə keçirilən mühüm iqtisadi platformalardan biridir.
23:20 03.07.2026
Oxunuş sayı: 62