Paşinyan: Aİ TRIPP layihəsinin icrasında iştirak etmir
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Avropa İttifaqı TRIPP nəqliyyat layihəsinin icrasında iştirak etmir.
Crossmedia.az xəbər verir ki, bu barədə NEWS.am məlumat yayıb.
Paşinyanın sözlərinə görə, Ermənistan bu layihə üzrə ABŞ ilə əməkdaşlıq edir və təşəbbüsün həyata keçirilməsi istiqamətində Vaşinqtonla işləyir.
O qeyd edib ki, layihə Şərqlə Qərb arasında ən qısa marşrutun Ermənistan ərazisindən keçməsini nəzərdə tutur. Baş nazir bildirib ki, proqramın həyata keçirilməsi üçün əsas şərt siyasi razılaşmaların əldə olunması və sərhədlərin açılmasıdır.
Paşinyan əlavə edib ki, Avropa İttifaqının layihədə konkret iştirakı yoxdur, lakin Brüsselin təşəbbüsə münasibəti müsbətdir.
07:30 03.07.2026
Oxunuş sayı: 56