Kubilius: Rusiya yaxın gələcəkdə Aİ üzv dövlətlərinə qarşı müharibəyə başlaya bilər
Avropa Komissiyasının müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius bildirib ki, Rusiya ilə müharibə baş verəcəyi təqdirdə Avropa İttifaqının (Aİ) büdcəsinin 12–15 dəfə artırılması lazım olacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, belə bir ssenarinin qarşısını almaq üçün isə Aİ indiki büdcəsini ən azı 20% artırmalıdır.
Kubilius bu fikirləri Brüsseldə keçirilən Avropa Komissiyasının illik Aİ Büdcə Konfransında çıxışı zamanı səsləndirib.
O, 2028–2034-cü illəri əhatə edəcək növbəti yeddiillik Maliyyə Çərçivəsi ilə bağlı müzakirələrə toxunaraq bildirib ki, hazırda Aİ-nin ümumi büdcəsi üzv ölkələrin ümumi milli gəlirinin cəmi 1,28%-ni təşkil edir, bəzi ölkələr isə bu göstəricinin 1%-ə endirilməsini istəyir.
Kubilius vurğulayıb:
˝Rusiya yaxın gələcəkdə Aİ üzv dövlətlərinə qarşı müharibəyə başlaya bilər. Belə bir halda, ABŞ tarixindəki analoji vəziyyətə əsasən, Aİ büdcəsi ÜDM-in təxminən 12–15%-i səviyyəsinə qədər artırıla bilər˝.
Onun sözlərinə görə, Avropa mövcud təhlükəsizlik risklərini nəzərə alaraq müdafiə və təhlükəsizlik sahəsində maliyyələşməni artırmalıdır.
21:15 02.07.2026
Oxunuş sayı: 51