Yeni Qəzzada onlara yer yoxdur - Sülh Şurasından BMT-yə qarşı sərt qəra
Qəzzadakı vəziyyətin nizamlanmasına dəstək məqsədilə yaradıldığı bildirilən Sülh Şurası BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyinin (UNRWA) bölgədə fələstinlilərlə fəaliyyət göstərməsinə icazə verməyəcəyini bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qurum X sosial şəbəkəsində yaydığı açıqlamada, Yeni Qəzzada UNRWA-ya yer yoxdur ifadəsini işlədərək, təşkilatın uzunmüddətli humanitar asılılıq və münaqişə modelini davam etdirdiyini iddia edib.
Bəyanatda həmçinin qeyd olunub ki, Qəzza xalqı daha yaxşısına layiqdir.
UNRWA və BMT tərəfindən bu açıqlamaya münasibət hələlik bildirilməyib.
23:33 01.07.2026
Oxunuş sayı: 46