Kişilər xaos anında hər şeyi bacarar – təyyarə belə endirə bilər
Sosial şəbəkələrdə bu ifadəyə tez-tez rast gəlirdim, bir kişi xaos anında pilot olmasa da, təyyarəni belə endirə bilər. Hər oxuyanda da zarafat kimi qəbul edib ütsündən keçir, qıcıq yaratmaq üçün paylaşılan bir post olduğunu düşünürdüm. Amma dünən oxuduğum “Təyyarəni israilli santexnik xilas edib” başlıqlı xəbər mənə yenidən o postu xatırlatdı. Belə ki, Dubaydan Təl-Əvivə uçan ““Flydubai” sərnişin təyyarəsində pilotun kapitana hücumundan sonra İsrailli, pilotluq təcrübəsi olmayan santexnik təyyarəyə nəzarətin bərpa olunmasına kömək edib.
Daha əvvəl İsrail Baş naziri Benyamin Netanyahu ilə vəziyyətlə bağlı telefon müzakirəsi aparmış ABŞ prezidentinin sözlərinə görə, hücumdan sonra yaralanan komandir özündə güc toplayaraq kabinənin qorunan qapısını açıb və kömək istəyib. İlk reaksiya verənlərdən biri salonun ön hissəsinə yaxın əyləşən israilli santexnik olub. Qışqırıq səslərini eşidən kişi kabinəyə çataraq hücum edəni kreslodan çıxarıb və onu digər sərnişinlərə təhvil verib. Digər sərnişinlər isə həmin şəxsi saxlayıblar. Ömründə heç vaxt təyyarə idarə etməyən həmin santexnik sükanın arxasına keçib, onu özünə tərəf çəkib və təyyarə az qala qəzaya uğramamışdan əvvəl onun səmtini düzəldə bilib. Santexnik açıqlamasında qeyd edib ki, təyyarə ilə bağlı verilişə baxıb və oradan yadında qalanla təyyarəni xilas edib.
Baxdığı verilişdən yadında qalanla təyyarə idarə etmək olduqca absurd görünür. Pilotlar illərlə bu işin nəzəri və praktik istiqamətlərini öyrənərək fəaliyyətə başladıqları halda nə vaxtsa bir verilişin bir neçə dəqiqəsinə baxmış kişi illər sonra həmin proqramı xatırlayıb təyyarə idarə edir. Mən artıq sosial şəbəkədə qarşıma çıxan zarafatca paylaşılan postun real olduğuna inanmağa başladım. Həqiqətən də kişilər xaos anında təyyarə belə endirə bilərlər, bunu gördük. Yaxşı, bəs bu necə olur?
Stress altında qərarvermə və “fight” cavabı. Kişilərdə orta hesabla daha yüksək testosteron səviyyəsi kəskin stressdə diqqəti daraldır, risk götürməyi və ani hərəkət etməyi asanlaşdırır. “Tend-and-befriend” (qadınlarda daha çox müşahidə olunan qoruma/qruplaşma) əvəzinə “fight-or-flight” daha aktiv olur. Bu, pilot kabinəsində və ya qəza anında “nə edim?” deyib dondurmaq əvəzinə idarəetməni ələ almağa kömək edir.
Məkan-vizual qabiliyyətlər. Meta-analizlər göstərir ki, kişilər orta hesabla 3D orientasiya, rotasiya və məkan yaddaşı testlərində daha yaxşı nəticə göstərir. Təyyarənin dalışını hiss edib “yuxarı çək” refleksini göstərmək bu qabiliyyətlə bağlı ola bilər.
Kəskin təhlükədə kişilərin emosional reaksiyası daha “dar” və hərəkət yönümlü olur; qorxu və panika daha az paralizə edici təsir göstərə bilir (fərdi istisnalar çoxdur). Rol gözləntiləri və sosiallaşma. Cəmiyyətlərin çoxunda kişilər uşaqlıqdan “problemi həll et”, “qoruyucu ol”, “risk götür” mesajları alır. Bu, kriz anında “mən etməliyəm” refleksini gücləndirir. Santexnik kimi praktiki, əl işi peşələrdə çalışan insanlar mexaniki sistemlərə (boru, nasos, təzyiq) daha yaxın olur və “sistemi düzəlt” düşüncə tərzi formalaşır.
Təcrübə və ekspozisiya. Kişilər statistika baxımından daha çox yüksək riskli peşələrdə (tikinti, sürücülük, texniki işlər) çalışır. Bu, gözlənilməz nasazlıqlarla üzləşmə təcrübəsini artırır. Qrup dinamikası. Krizdə “liderlik vakansiyası” yarananda kişilər daha tez irəli çıxır (bu, həm bioloji, həm sosial öyrənmə ilə bağlıdır).
Ayhan
14:45 01.10.2026
Oxunuş sayı: 55