Apple Rusiyanın bu tələbini yerinə yetirməsə, milyardlar itirəcək
Apple şirkəti 2026-cı il iyulun 15-dək verilmiş xəbərdarlığa əməl etməsə, 4 milyard rubladək cərimə ilə üzləşə bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qurumun mətbuat xidmətinin məlumatına görə, Apple-a əvvəlcədən müəyyən edilmiş tələblərin yerinə yetirilməsi üçün vaxt verilib. Əgər şirkət tələb olunan öhdəlikləri yerinə yetirməzsə, ona qarşı iri məbləğli maliyyə sanksiyası tətbiq olunacaq.
Hazırda Apple-ın bu xəbərdarlığa necə reaksiya verəcəyi ilə bağlı rəsmi açıqlama yoxdur.
05:43 02.07.2026
Oxunuş sayı: 42