Belarus Ukraynaya qarşı bütün hərbi potensialını işə salmağa hazır olduğunu açıqladı
Belarus Xarici İşlər Nazirliyi bəyan edib ki, Ukrayna tərəfindən ölkənin dövlət sərhədinin pozulması halında respublikanın bütün mövcud hərbi potensialı ilə cavab veriləcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin açıqlamasında vurğulanıb ki, belə bir addım Belarusun milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndiriləcək və buna dərhal, genişmiqyaslı cavab veriləcək.
18:58 29.06.2026
Oxunuş sayı: 45